Memorandumun icrası çərçivəsində “ASAN xidmət” modeli əsasında İndoneziya Respublikasında, eləcə də paytaxt Cakarta şəhərində Dövlət Xidmətləri Mərkəzlərinin fəaliyyəti vurğulanıb. İndoneziya tərəfi öz növbəsində “ASAN xidmət”modelinin orada uğurla tətbiqini diqqətə çatdırıb. Qeyd edilib ki, “ASAN xidmət”də tətbiq olunan yeniliklərin bundan sonra da onlarla paylaşılmasından məmnun olacaqlar.
Səfər zamanı dövlət xidmətlərinin dizaynı sahəsində görülən işlərə və “ASAN xidmət”də tətbiq olunan rəqəmsal həllərə dair geniş təqdimat edilib. Qonaqlar 7 saylı Bakı və Şamaxı “ASAN xidmət” mərkəzlərinin, Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
AzVision.az