Üzüm və Şərab Festivalı tezliklə Şamaxıda

Üzüm və Şərab Festivalı tezliklə Şamaxıda
  19 Avqust 2024    Oxunub:477
Sentyabrın 7-8-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.
Festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq. “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq.

Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti