Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb
  19 Avqust 2024    Oxunub:457
Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu təlimə qatılmaq üçün Qazaxıstana gedib.

"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti