ABŞ Tayvanı silahlandırır

   ABŞ Tayvanı silahlandırır
  19 Avqust 2024    Oxunub:455
Tayvan Silahlı Qüvvələri ABŞ-dan 13 yeni “Mark 15 Phalanx Block 1B” dəniz zenit artilleriya sistemi alıb.
Bu barədə məulmat yayan “Taybey Şibao” qəzetinin yazdığına görə, Vaşinqton gələn il Tayvana daha səkkiz ədəd belə sistem verəcək.

Nəşrin Tayvan ordusundakı mənbəsi bildirib ki, əməliyyatın həcmi 10,16 milyard yeni Tayvan dolları (təxminən 314,67 milyon ABŞ dollar) təşkil edib. Artıq gəmilərdə düşmən raketlərinə, hava hədəflərinə və katerlərinə qarşı müdafiə imkanlarını artıracaq zenit sistemləri quraşdırılıb.

Əvvəllər “21 Mark 15 Phalanx Block 1B” qurğusunun tədarükü barədə ABŞ-la Tayvan arasında bağlanmış müqaviləyə əsasən, 13 yeni kompleksin köçürülməsi və hazırda Tayvanda xidmətdə olan “8 Blok 1A” kompleksinin “Blok 1B” modifikasiyasına modernləşdirilməsi nəzərdə tutulur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Tayvan   silahlandırma  





Xəbər lenti