Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

   Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  19 Avqust 2024    Oxunub:466
Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi. Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçdi. Prezidentlər birgə foto çəkdirdilər.



AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti