"Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur"

  "Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur"
  19 Avqust 2024    Oxunub:439
“Biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə məhdud tərkibdə keçirilən görüşdə söyləyib. Dövlətimizin başçısı bildirib:

“Qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq: “Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti