Blinken Netanyahu ilə görüşüb - VİDEO

   Blinken Netanyahu ilə görüşüb -    VİDEO
  19 Avqust 2024    Oxunub:395
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş keçirib.
Tərəflər əsnasında görüş əvvəlcə təkbətək şəkildə baş tutub. Ardınca isə İsrailin strateji işlər naziri Ron Dermer, hərbi katib, general-mayor Roman Qofman və ABŞ-nin bu ölkədəki səfiri Cek Lünün iştirakı ilə geniş tərkibli danışıqlar keçirilib.
Blinken: "Bu, axırıncı fürsətdir"

Xatırladaq ki, Blinken bu gün İsrail Prezidenti İtshak Hertsoqla da görüşüb. İsrail-HƏMAS atəşkəs və əsir mübadiləsi sazişi üzrə danışıqlar üçün regiona gələn ABŞ Dövlət katibi vurğulayıb ki, "bu, müharibənin həlli naminə, bəlkə də, axırıncı fürsətdir".

Amerikalı ali diplomatın gün ərzində ölkənin müdafiə naziri Yoav Qallantla da görüşməsi nəzərdə tutulur.


Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   HƏMAS   danışıqlar  





Xəbər lenti