Dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO

Dərədə köməksiz qalan şəxs xilas edilib -    VİDEO
  19 Avqust 2024    Oxunub:411
Mingəçevir şəhərində yeddi metrlik dərədə köməksiz qalan şəxs xilas edilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Kərimov Raqif Nofəl oğlu dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər".




AzVision.az




Teqlər:





Xəbər lenti