Akif Mikayılov: “Şuşalılar, laçınlılar öz deputatlarını doğma yurdlarında seçəcəklər"

   Akif Mikayılov:    “Şuşalılar, laçınlılar öz deputatlarını doğma yurdlarında seçəcəklər"
  19 Avqust 2024    Oxunub:1011
“Seçkilər hər bir xalqın ictimai-siyasi həyatında mühüm rol oynayır. Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra ilk dəfə Milli Məclisə seçkilər keçirməsi isə bizim üçün xüsusi əhəmiyyətə malikdir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiyanın Komi Respublikasındakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyəti Regional İctimai Təşkilatının sədri Akif Mikayılov deyib.

O vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlılar sentyabrın 1-də baş tutacaq seçkiləri də yaxından izləyəcəklər: “Şuşalılar, laçınlılar ümumilikdə işğaldan azad olunmuş digər ərazilərə qayıdan vətəndaşlarımız öz deputatlarını doğma yurdlarında seçəcəklər. Uzun illər bu hadisəyə xəyal kimi baxırdıq. Xəyal qurduğumuz məsələlər indi reallığa çevrilib. Hazırda ölkəmiz nəinki Qafqazın, ümumilikdə dünyanın diqqət mərkəzindədir. Bu mənada Azərbaycanın seçkiləri tam suverenlik əldə etmiş ölkə kimi keçirməsi dünya mediasında da xüsusi məqam kimi işıqlandırılacaq. Məncə bu amil daha çox vurğulanmalı, qabardılmalıdır. Şəxsən mən artıq tarixi və əzəli torpaqlarımızda da seçki qutularının olması faktından qürurlanıram. Bəli, Xankəndidə, Şuşada seçki proseslərinə hazırlıq artıq arzu deyil! Keçmiş köçkünlərimizin yaşadığı sevinc hisslərini mən də yaşayıram. Ümid edirəm ki, vətəndaşlarımız bu tarixi prosesdə fəal iştirak edəcəklər”.
AzVision.az



Teqlər:





Xəbər lenti