Nyu-Yorkun tarixi kilsəsi məscidə çevriləcək

Nyu-Yorkun tarixi kilsəsi məscidə çevriləcək
  19 Avqust 2024    Oxunub:383
Nyu-Yorkun Buffalo şəhərində keçmiş Müqəddəs Ann Katolik Kilsəsi məscidə çevriləcək.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, qərar, yeparxiyanın binanı yerli müsəlman icmasına 250 min dollara satması ilə nəticələnib.

Alıcı tərəf İslam Şəhər Mərkəzi ilə əlaqəli olan "Buffalo Crescent Holdings" şirkəti idi.

Satınalma qiymətinin nisbətən aşağı olmasına baxmayaraq, təmir layihəsinin 22,5 milyon dollara başa gəldiyi təxmin edilir.

Vəziyyəti şərh edən keşiş Ronald Vierlinq qeyd edib ki, ölkə üzrə bir çox şəhər yeparxiyalarında oxşar dəyişikliklər baş verir. O, həmçinin insanları qəzəbi İslam cəmiyyətinə yönəltməməyə çağırıb.

Qeyd edək ki, müqəddəs Anna kilsəsi 1886-cı ildə alman mühacirlər tərəfindən tikilib və 2007-ci ilə qədər kilsə kimi fəaliyyət göstərib. Bina son illər boş qalıb.

AzVision.az



Teqlər: Kilsə   Məscid  





Xəbər lenti