İsti günlərdə yanğına həssas ərazilər

İsti günlərdə yanğına həssas ərazilər
  19 Avqust 2024    Oxunub:396
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.

"Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır."

N.Mahmudov xidmət tərəfindən
respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.

"Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafa, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib."

AzVision.az


Teqlər:





Xəbər lenti