Əməkdar müəllim: “Gənc nəsil bu tarixi seçkinin əhəmiyyətini dərindən dərk edir”

   Əməkdar müəllim:    “Gənc nəsil bu tarixi seçkinin əhəmiyyətini dərindən dərk edir”
  19 Avqust 2024    Oxunub:920
“Uzun illər şagirdlərimizə tarixi və əzəli torpaqlarımız olan Qarabağdan kədərli şəkildə söz açırdıq. İşğalda qalan bölgələrimizə yenidən həyatın qayıdacağı barədə danışırdıq. Artıq ərazilərin bərpası, böyük qayıdış xəyal və arzu deyil, reallıqdır. 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra burada quruculuq işləri aparılır. İndi isə mühüm siyasi proseslər, seçkilər həyata keçirilir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar müəllim Nübar Qayıblı deyib.

O qeyd edib ki, seçkilər hər bir xalqın tarixində və həyatında mühüm rol oynayır. Qalib xalq kimi azad olunmuş ərazilərdə seçki keçirmək isə xüsusi əhəmiyyətə malikdir: “Əminəm ki, gənc nəsil bu tarixi seçkinin əhəmiyyətini dərindən dərk edir. Qarabağda və işğaldan azad olunmuş digər ərazilərimizdə təhsil ocaqlarının qurulması kimi, seçki qutularının da qoyulması mənim üçün tarixi hadisədir. Vandallar tərəfindən dağıdılmış torpaqlarımıza yenidən həyat bəxş etmişik. Biz xalq, dövlət olaraq Qarabağa, Şərqi Zəngəzura demokratik prosesləri də gətiririk. Fevral ayında işğaldan azad olunan ərazilərdə ilk dəfə prezident seçkiləri keçirilən zaman fərəhlənirdik. Həqiqətən də sevincimizin həddi-hüdudu yox idi. Eyni hissləri sentyabrın 1-də də yaşayacağıq”.
AzVision.az



Teqlər:





Xəbər lenti