"Gürcü Arzusu" Saakaşvilinin partiyasını konstitusiyaya zidd saya bilər

   "Gürcü Arzusu" Saakaşvilinin partiyasını konstitusiyaya zidd saya bilər
  20 Avqust 2024    Oxunub:874
Gürcüstanda 26 oktyabrda keçiriləcək parlament seçkilərdə hakim "Gürcü Arzusu" partiyası qalib gələcəyi təqdirdə ölkənin sabiq prezident Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat"ını konstitusiyaya zidd elan etmək niyyətindədir.
Partiya bu barədə bəyanat yayıb:

"Konstitusiya çoxluğunu qazandıqdan sonra "Vahid Milli Hərəkat"ın, habelə onun bütün tərəfdaşları və ya varislərinin konstitusiyaya zidd elan edilməsi üzrə hüquqi prosesə başlayacağıq".
Kimdir müqəssir? - Gürcüstan 2008-ci il müharibəsinin günahkarlarını açıqladı

Xatırladaq ki, ötən günlərdə "Gürcü Arzusu"nun Siyasi Şurası Mixail Saakaşvilini ölkədə 2008-ci ildə baş vermiş müharibənin səbəbkarı adlandırıb və onun "xarici göstərişlərlə avantürist hərəkətlərə yol verdiyini" bildirib. İşin araşdırılması məqsədilə "ictimai-hüquqi prosesin həyata keçiriləcəyi" vurğulanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Gürcüstan   Saakaşvili   partiya  





Xəbər lenti