İlham Namiq Kamal: “Seçkilərin azad olunmuş ərazilərimizi də əhatə etməsi böyük tarixi hadisədir”

   İlham Namiq Kamal:    “Seçkilərin azad olunmuş ərazilərimizi də əhatə etməsi böyük tarixi hadisədir”
  20 Avqust 2024    Oxunub:925
“Azərbaycan xalqının növbəti seçkilərə hazırlaşmasından danışarkən bir fərəhli məqamı önə çəkməliyik. Biz ilk dəfə olaraq parlament seçkilərinə suverenliyini tam bərpa etmiş ölkə kimi gedirik. Buna bütün xalqımız sevinir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti İlham Namiq Kamal deyib.

O qeyd edib ki, Azərbaycan növbəti tarixi günlərini yaşayır. Çünki seçki prosesi Qarabağı və Şərqi Zəngəzuru da əhatə edir: “Dörd il öncə xalqımız öz torpağını düşmən işğalından azad etdi. Biz 44 günlük Vətən müharibəsi ilə tarix yazan xalqıq. Bundan sonra isə bir gündən də qısa çəkən uğurlu antiterror tədbirlərinin şahidi olduq. Bəlkə də yeganə xalqıq ki, öz gücü, şücaəti, cəsarəti hesabına ardıcıl şəkildə beynəlxalq əhəmiyyətli uğurlar qazanırıq. İndi isə azad etdiyimiz torpaqlarda parlament seçkiləri keçiririk. Bu faktı da böyük tarixi hadisə sayıram”, - Xalq artisti bildirib.

O işğaldan azad olunmuş ərazilərdə səs vermək üçün zəruri şəraitin yaradılmasını alqışladığını deyib: “Bu gün onların seçkiyə doğma evlərindən çıxaraq rahat şəkildə getməsi üçün də şərait yaradılır. Mən əminəm ki, seçkiləri müşahidə etmək üçün ölkəmizə gələcək əcnəbilər də bizə böyük hörmətlə yanaşıb gedəcəklər. Çünki onlar ölkəmizin tam suverenlik əldə etdikdən sonra ilk dəfə parlament seçkisi keçirməsini müşahidə edəcəklər. Bütün dünya görəcək ki, biz yalnız özümüzə məxsus olanı geri qaytarıb bərpa etməmişik. Biz xalq olaraq tarixi ərazilərimizə demokratik prosesləri də daşımışıq”.
AzVision.az



Teqlər:





Xəbər lenti