Medvedyev və Abramyan Qarabağı müzakirə edəcək

Medvedyev və Abramyan Qarabağı müzakirə edəcək
  11 İyul 2014    Oxunub:927
Ermənistan baş naziri Ovik Abramyan Soçi şəhərində rusiyalı həmkarı Dmitri Medvedyevlə iqtisadiyyat, investisya, sənaye, energetika, infrastruktura və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bu barədə AzVision.az İTAR-TASS agentliyinə istinadən xəbər verir.
Bundan əlavə, hökumət rəsmiləri Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Avrasiya İttifaqına inteqrasiya məsələlərini də müzakirə edəcəklər.

Məlumata əsasən, baş nazirlə yanaşı Soçiyə baş nazirin müavini, ərazilərin idarə olunması üzrə nazir Armen Qevorqyan, maliyyə, energetika, səhiyyə nazirləri, o cümlədn Ermənistan Miqrasiya Xidmətinin rəhbəri də gedəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti