Gənc fəal: “Doğma torpaqlarımızda ilk dəfə deputat seçəcəyik ”

   Gənc fəal:    “Doğma torpaqlarımızda ilk dəfə deputat seçəcəyik ”
  21 Avqust 2024    Oxunub:1111
“Seçkilər cəmiyyətimizin, xüsusən də gənclərin ictimai-siyasi həyatında, fəallığında mühüm rol oynayır. Milli Məclisə keçirilən seçkilər isə xüsusi əhəmiyyətə malikdir. Çünki parlament seçkisi ilə bağlı işğaldan azad olunmuş ərazilərdə də ilk dəfə səsvermə qutuları quraşdırılır. Biz gənclər daha bir tarixə şahidlik edəcəyik”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin sədr müavini Aida Ramiz deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncliyi əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də öz sözünü deyəcək: “Cəmiyyətimizin aparıcı qüvvəsi gənclərdir. Seçki prosesində də aktiv kütlə gənclərdən ibarət olur. Bu mənada gənclərimizi növbəti dəfə fəallıq göstərməyə çağırıram. Əminəm ki, demokratik dəyərlərə önəm verən Azərbaycan xalqı bu seçkini də uğurla keçirəcək. Şuşada, Laçında, Xankəndidə keçmiş məcburi köçkünlər ilk dəfə öz deputatlarını öz yurdlarında seçəcəklər. Bu mənzərəni, tarixi hadisələri seyr etmək biz gəncləri qürurlandırır. Əvvəllər barıt qoxusu gələn Şuşamızda indi seçki ab-havası var. İşğaldan azad olunmuş torpaqlarımızda əldə silah deyil, bülletenlə yeni tarix yazacağıq. Xalqımız öz əzəli torpaqlarına belə dəyər verir, bərpa işləri ilə yanaşı bu ərazilərə demokratiya da gətirir”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti