ASAN Britaniya Parlamentində müzakirə olunub

ASAN Britaniya Parlamentində müzakirə olunub
  11 İyul 2014    Oxunub:802
Londonda Avropa Azərbaycan Cəmiyyətinin, həmçinin `Total Politiks` qəzetinin və deputat Bob Blakmanın təşkilatçılığı ilə görüş təşkil edilib. Görüşdə çıxış edən ASAN Xidmətinin nümayəndələri bu layihənin ölkədə uğurla həyata keçirilməsini qeyd ediblər.

Bu barədə www.prweb.com saytı məlumat yayıb. Xəbərin tam mətni ilə BURADA tanış olmaq mümkündür.

Müzakirələrdə bildirilib ki, ASAN layihəsi özünü tam doğruldub və gələn ilin sonuna qədər bütün Azərbaycanı əhatə edəcək. Həmçinin ASAN Xidmət-2 konsepsiyanın üzərində iş getdiyi də bildirilib.

Görüşdə çıxış edən Böyük Britaniya Parlamentinin nümayəndəsi Kristofer Pinçer ASAN Xidmət layihəsini uğurlu olduğunu bildirib. Onun sözlərinə görə, Bakıya səfəri zamanı ASAN Xidmətinin fəaliyyəti ilə birbaşa tanış olub. Bu layihə korrupsiya hallarının qarşısını alır. Bu modelin digər ölkələrdə də tətbiq olunmasının arzu etdiyini bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti