NATO-nun Qırğızıstandakı bazası bağlandı

NATO-nun Qırğızıstandakı bazası bağlandı
  11 İyul 2014    Oxunub:912
Qırğızıstanın paytaxtı Bişkekdə, “Manas” Beynəlxalq Hava Limanında NATO-nun Tranzit Daşımaları Mərkəzi Aviabazası “de-yure” bağlanıb.
AzVision.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ABŞ əsgərləri bu bazanı faktiki olaraq bir neçə həftə öncə tərk ediblər.

ABŞ-ın aviabazası 2001-ci ilin dekabrında Əfqanıstanda “Sarsılmaz Azadlıq” əməliyyatları çərçivəsində koalisiya qüvvələrinin dəstəklənməsi məqsədilə Bişkekin “Manas” Beynəlxalq Hava Limanında yaradılıb. Daha sonra bazanın adı NATO Tranzit Daşımaları Mərkəzi adına dəyişdirilib. Baza canlı hərbi qüvvə və yük daşımalarını təmin edirdi. 2010-cu ildə Qırğızıstan prezidenti Almazbek Atambayev mülki hava limanında hərbi obyektin olmasının yol verilməzm olduğunu bəyan etmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti