İŞİD Bağdada yaxınlaşır

İŞİD Bağdada yaxınlaşır
  11 İyul 2014    Oxunub:1254
“İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları İraq ordusuna məxsus hərbi bazanı ələ keçirib.
AzVision.az Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hərbi baza paytaxt Bağdaddan 80 kilometr şimal-şərqdə yerləşir.

Silahlı yaraqlılar Diyalə vilayətinin Müqdədiyyə şəhərində yerləşən hərbi bazaya daxil olublar. Buna qədər isə şəhərin şimal hissəsi yaraqlıların əlinə keçib. Təhlükəsizlik qüvvələrinin bəyan ediblər ki, yaraqlılar arasında digər ölkələrdən olan xeyli sayda ərəb var və onlar döyüşlərdə tanklardan da istifadə edirlər. Yerli KİV-in məlumatına görə, yerli qəbilə rəhbərləri İŞİD-la sülh danışıqları aparırlar.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti