Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb - RƏSMİ

   Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb -    RƏSMİ
  22 Avqust 2024    Oxunub:1632
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.

Bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinmədiyini açıqlamışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti