Çin öz vətəndaşlarını Livandan çıxmağa çağırıb

   Çin öz vətəndaşlarını Livandan çıxmağa çağırıb
  22 Avqust 2024    Oxunub:1072
Çinin Livandakı səfirliyi öz vətəndaşlarına tezliklə bu ölkədən çıxmaqla bağlı xəbərdarlıq ünvanlayıb.
Səfirliyin mətbuat xidməti məlumat yayıb ki, hazırda Livanın cənubuna səyahət riski xüsusilə çox yüksəkdir.

"Vətəndaşlarımız yerli vəziyyətin gedişinə diqqət yetirməli, ayıq-sayıq davranmalı və uçuşların həyata keçirildiyi müddətdən faydalanaraq bu ölkədən çıxmalıdırlar. Livanda qalanlar fövqəladə hallara hazırlığı effektiv şəkildə artırmalı, cənubdakı yüksək riskli ərazilərə səyahətdən çəkinməlidirlər", - xəbərdarlıqda vurğulanır.
Almaniya öz vətəndaşlarını Livandan çıxmağa çağırıb

Xatırladaq ki, İsrail-Livan sərhədində ötən ilin oktyabrında başlayan toqquşmalar son aylar xüsusilə şiddətlənib. Bir çox ölkə, o cümlədən Fransa və Almaniya da öz vətəndaşlarını Livandan ayrılmağa çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   Livan   səyahət   təhlükə  





Xəbər lenti