Qubada ana və körpə doğuş zamanı ölüb

   Qubada ana və körpə doğuş zamanı ölüb
  22 Avqust 2024    Oxunub:1162
Ötən gün 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı Quba rayonu sakini hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib.

Belə ki, saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin 21.08.2024-cü il saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti