AFFA “Neftçi”nin şikayətini qismən təmin etdi

Fransalı oyunçu Azərbaycan Premyer Liqasının 2-ci turunda “Səbail”lə keçirilən matçdan sonra azarkeşlərə kənar əşya atmış və buna görə 2 oyun cəzaya məruz qalmışdı. “Neftçi” isə 2000 manat cərimə olunmuşdu.
Apellyasiya Arbitraj Tribunalı Koffinin cəzasının çəkilməyən 1 oyunu şərti ilə dəyişdirilib. Ona 3 ay sınaq müddəti qoyulub. Ancaq klubun cərimə məbləği olduğu kimi saxlanılıb.
Bu qərardan Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsi mümkündü.
AzVision.az
Teqlər: