ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi İctimai TV-yə müsahibə verib

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi İctimai TV-yə müsahibə verib
  22 Avqust 2024    Oxunub:1407
"ABŞ Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayan ölkədir". - səfir qeyd edib.
AzVision.az xəbər verir ki, səfir müsahibəsində Azərbaycan-Amerika münasibətlərindən danışıb.

"Azərbaycan Əfqanıstan, Kosovoda NATO-nun sülhməramlı missiyasında sona qədər xidmət etmiş və dəstək olmuş dövlətdir .Əfqanıstanda terrora qarşı mübarizədə NATO məhz Azərbaycanın logistik imkanlarından istifadə edib. Biz bunları unutmuruq, bu faktorlar Azərbaycan və ABŞ münasibətləri tarixi üçün xüsusi əhəmiyyəti olan hadisələrdir". - o , deyib.

Qeyd edək ki, Mark Libbi bu ilin yanvarın 18-də etimadnaməsini Prezident İlham Əliyevə rəsmi təqdim edib.

AzVision.az




Teqlər:





Xəbər lenti