Minarə Şükürova: "Seçkilərin nəticələri diasporamızın da birliyini gücləndirəcək"

   Minarə Şükürova:    "Seçkilərin nəticələri diasporamızın da birliyini gücləndirəcək"
  24 Avqust 2024    Oxunub:907
“Parlament seçkilərinin Azərbaycanın suverenliyinin bərpa olunmasından sonra ilk dəfə keçirilməsi dövlətimizin beynəlxalq nüfuzunun artmasına təsir edir. Qarabağın azadlığı ilə bağlı mübarizəmizdə əldə olunan tarixi zəfər seçkilərin daha da əhəmiyyətli olmasına şərtləndirir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında əslən Füzuli rayonunun Qarğabazar kəndindən olan, hazırda isə Yaponiyada yaşayıb fəaliyyət göstərən həmvətənimiz Minarə Şükürova deyib.

O, indiki seçkiləri Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin gücünün təzahürü kimi dəyərləndirir: “Bu seçkilər dövlətimizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi, xarici siyasətimizin daha da gücləndirilməsi baxımından xüsusi önəm daşıyır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli maraqlarının qorunması istiqamətində atılacaq hər bir addım, diasporamızın da birliyini gücləndirəcək. Yaponiyada fəaliyyət göstərən bir azərbaycanlı olaraq, inanıram ki, yeni parlamentin tərkibində təmsil olunacaq peşəkar kadrlar bu məqsədlərə çatmaqda mühüm rol oynayacaqlar”.
AzVision.az



Teqlər:





Xəbər lenti