ANAMA Laosla təcrübə mübadiləsi üzrə müzakirə aparıb
Laos uzun illərdir partlamamış hərbi sursatlar təhlükəsi ilə üzləşən ölkələr sırasındadır. Görüşlərin keçirildiyi hər iki təşkilat bu sursatların təmizlənməsi üzrə zəngin təcrübəyə malikdir. Görüşlərdə bu sahədə də qarşılıqlı təcrübə mübadiləsi və əldə edilən nailiyyətlərin öyrənilməsinin əhəmiyyətinə toxunulub.
Görüşlərin məqsədi mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq səylərin, qabaqcıl təcrübələrin araşdırılması, birgə təlim imkanlarının dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birbaşa və sıx əlaqələrin yaradılmasından ibarət olub.
Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə məlumat verib. Beynəlxalq resursların cəlb olunmasının və tərəfdaşlığın əhəmiyyəti, eləcə də mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində təlim və təcrübə mübadiləsinin vacibliyi bildirilib.
AzVision.az
Teqlər: ANAMA