Elçin Məmmədov ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüşüb

Elçin Məmmədov ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüşüb
  24 Avqust 2024    Oxunub:879
Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatinin rəhbərliyində nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, cari ilin sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində qanunvericiliyin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən Elçin Məmmədov İşçi qrupun səmərəli fəaliyyəti və prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən bəhs edib.

Ditmir Buşati ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti