Əli Əsədov ukraynalı həmkarını təbrik etdi

Əli Əsədov ukraynalı həmkarını təbrik etdi
  24 Avqust 2024    Oxunub:1133
Baş nazir Əli Əsədov ukraynalı həmkarı Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
AzVision.az “Qafqazinfo"-a istinadən xəbər verir ki, Baş nazir məktubda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğu bildirilib.

Vurğulanıb ki, iki xalqın iradəsindən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.

Həmçinin, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti