Siyəzəndə qardaş bacısını qətlə yetirdi - Cinayət işi başlanıb

   Siyəzəndə qardaş bacısını qətlə yetirdi -    Cinayət işi başlanıb
  25 Avqust 2024    Oxunub:1074
Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğunun məlumatında deyilir.

Belə ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti