Yelena Sidorenkonun bağ evi qarət olundu - Video

   Yelena Sidorenkonun bağ evi qarət olundu -    Video
  25 Avqust 2024    Oxunub:767
Tanınmış jurnalist Yelena Sidorenkonun evi qarət olunub. Bu barədə teleparıcı özü məlumat paylaşıb.
"Ləhiş bağları massivində bağımız var. Şəhərdə olmadığımız iki gün ərzində gördük ki, bağımızda kameralar işləmir. Qayıdan kimi yoldaşım bağa baş çəkdi. Məlum oldu ki, oğrular işıq sayğacını qırıblar və nəticədə kamerala işləməyib. Evdən kombini, samovarı və kondisioneri oğurlayıb hasarın üstündən onları daşıyıblar. Biz 102-yə məluat vermişik.

Bu məsələ məni çox narahat etdi. Çünki mən elə vaxt olub ki, orada anamla, uşağımla tək qalmışam. Bu gün çox narahatam, çünki bu qorxulu bir hadisədir. Necə olur ki, ətrafda yaşayış olan bir yerdə oğrular belə sakit, rahat kiminsə bağına girib oğurluq edə bilirlər. İnanıram ki, Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı ciddi araşdırma aparacaq, polis əməkdaşlarının səyləri nəticəsində bizdən oğurlanan əşyalar qaytarılacaq və bunu edən cəzalandırılacaq”.

Jurnalist əlavə edib ki, məlumatı paylaşdıqdan 5 dəqiqə sonra DİN-in Mətbuat Xidmətindən onunla əlaqə saxlanılıb və bildirilib ki, məsələ nəzarətə götürülüb.



Uğur Əlizadə
AzVision.az



Teqlər:





Xəbər lenti