Qulu İbrahimov: “Sentyabrın 1-də tarixi anlara şahidlik edəcəyik”

   Qulu İbrahimov:    “Sentyabrın 1-də tarixi anlara şahidlik edəcəyik”
  25 Avqust 2024    Oxunub:581
“Seçki prosesləri Azərbaycan dövlətinin, cəmiyyətimizin ictimai-siyasi həyatında hər zaman mühüm rol oynayıb. Sentyabrın 1-də təşkil olunacaq parlament seçkiləri isə daha çox yadda qalacaq. Çünki Milli Məclisə keçirilən əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə Xankəndidə, Şuşada, Laçında da seçki qutuları quraşdırılacaq. Biz indiki tarixi hadisələri çoxdan gözləyirdik”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ukraynada yaşayan həmyerlimiz, “Analitika və İnformasiya Platforması” təşkilatının sədri Qulu İbrahimov deyib.

O, keçmiş məcburi köçkünlərin artıq öz doğma yurdlarından deputat seçmələrinin beynəlxalq aləmə siyasi mesaj olduğunu da vurğulayıb: “Bu, təkcə ədalətin bərpası, xalqımızın əzəli torpaqlarına demokratik prosesləri gətirməsi deyil. Biz beynəlxalq aləmə müəyyən mənada mesajlar da veririk. Uzun illər kəlbəcərlilər, laçınlılar ölkəmizin müxtəlif bölgələrinə səpələndikləri üçün pərakəndə şəkildə səs verirdilər. İndi biz sentyabrın 1-də tarixi anlara şahidlik edəcəyik. Artıq dədə-baba torpaqlarına qayıdan vətəndaşlarımızın Qarabağda seçki hüquqları təmin olunur”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti