Misir Mərdanov: “Bu seçkilər Milli Məclisin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq”

   Misir Mərdanov:    “Bu seçkilər Milli Məclisin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq”
  25 Avqust 2024    Oxunub:528
“Azərbaycanda keçirilən hər bir seçkidə demokratik ənənələrin daha da möhkəmləndiyinin şahidi oluruq. Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ölkəmiz demokratik seçki ənənəsinin növbəti nümunəsini sərgiləyəcək”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib.

M.Mərdanov qeyd edib ki, ölkədə ədalətli və demokratik seçki mühiti var: “Seçkilərə hazırlıq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Hesab edirəm ki, sentyabrın 1-də vətəndaşlar aktiv şəkildə məntəqələrə gedərək, səsvermə hüququndan istifadə edəcək, qanunverici orqana öz təmsilçilərini seçəcəklər”.

Sentyabrın 1-də parlament seçkilərinin azad olunmuş əraziləri də əhatə edəcəyinə diqqət çəkən İnstitut direktoru bildirib ki, bu seçkilər Milli Məclisin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq.

“Azad olunmuş əraziləri əhatə edən ilk parlament seçkiləri tarixi hadisədir. Mən azad olunmuş əraziləri ziyarət etmişəm. Orada böyük abadlıq-quruculuq işləri davam edir, doğma yurdlarına qayıdan insanlar yüksək əhvali-ruhiyyəyə malikdir. Seçkilərin azad olunmuş ərazilərdə keçirilməsi bu torpaqlara səsvermə hüququnun da qaytarılması deməkdir. Hesab edirəm ki, bu ərazilər yaxın dövrdə Azərbaycanın, hətta dünyanın ən gözəl diyarlarından olacaq”, - deyə, M.Mərdanov bildirib.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti