Fransız jurnalist: “Budəfəki seçkilər Azərbaycan üçün xüsusi dəyərə malikdir”

   Fransız jurnalist:    “Budəfəki seçkilər Azərbaycan üçün xüsusi dəyərə malikdir”
  25 Avqust 2024    Oxunub:555
“Budəfəki parlament seçkilərinin Azərbaycan üçün xüsusi dəyəri, simvolik mənası olacaq. Çünki, 30 ildən sonra ilk dəfədir ki, parlament seçkiləri ölkənin bütün ərazisini əhatə edəcək”
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında fransız jurnalist Jan Mişel Brun deyib.

O bildirib ki, bir vaxtlar işğalda saxlanılan Qarabağ bölgəsinin ölkənin siyasi həyatında aktiv iştirakının təmin edilməsi Azərbaycanın birliyini simvollaşdırır:

“İşğalçıların vandalizmi və geri çəkilərkən basdırdıqları saysız minalar kütləvi qayıdışı mümkünsüz etsə də, vaxtilə torpaqlarından didərgin salınmış azərbaycanlılar bu gün öz yurdlarına qayıdırlar. Azərbaycan dövləti dağıdılmış şəhərlərin və xarabalığa çevrilmiş yolların, körpülərin və digər infrastrukturun bərpasını surətlə aparır. Məhz bunun nəticəsidir ki, son zamanlar Qarabağın əsl sakinləri yenidən bərpa edilən şəhərlərə daha çox qayıdırlar və yerli sakinləri ilk dəfə olaraq öz yaşadıqları ərazilərdə səs verə biləcəklər”.

Fransız jurnalist qeyd edib ki, Azərbaycan bu seçkilərlə öz torpaqlarına sahiblənmək və bəzi xarici müdaxilələrə fikir verməmək əzmini nümayiş etdirir: “Bu, həmçinin regionda tam suveren olan ölkələr arasında normal münasibətlərə və səmərəli əməkdaşlığa qayıtmağa, bununla da sülh perspektivlərinə qapı açır. Bu, yaxşı gedişdir və Qafqaz, Mərkəzi Asiya ölkələri üçün əla bir nümunədir”

“Bu seçkilər gənc ölkənin demokratik proseslərində yeni bir addım olacaq. Milli Məclisə keçiriləcək seçkilərin uğurlu alınması, COP29-un uğurlu təşkili Azərbaycanın qlobal nüfuzunu daha da artıracaq”, - deyə Jan Mişel Brun əlavə edib.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti