Kürdlər neft yataqlarını ələ keçirdi

Kürdlər neft yataqlarını ələ keçirdi
  11 İyul 2014    Oxunub:1091
İraqda yaşayan kürd hərbi birləşmələri (peşmərgə) Kərkük regionunda iki neft yatağını ələ keçirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, yaraqlılar ərəb əsilli işçiləri ərazini tərk etməyə məcbud edib və onları kürd əsilli işçilərlə əvəzləyib.

Son bir neçə ay ərzində Kürdüstan Muxtar Vilayəti və İraq mərkəzi hakimiyyəti arasında əlaqələr gərginləşib. Buna səbəb kkürdlərin rəsmi Bağdadın razılığı olmadan neft tədarük etməsidir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti