"Fransa tərəfi qarşılıqlı münasibətdən yayınır" - Rusiya səfirliyi

   "Fransa tərəfi qarşılıqlı münasibətdən yayınır" -    Rusiya səfirliyi
  25 Avqust 2024    Oxunub:1063
Rusiya Fransa hakimiyyətindən teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun hüquqlarının müdafiəsini təmin etməyi və konsulluq xidmətini təqdim etməyi tələb edib.
AzVision.az xəbər verir ki, bu haqda Rusiyanın Fransadakı səfirliyi məlumat yayıb.

“Lakin indiyə qədər Fransa tərəfi qarşılıqlı münasibətdən yayınıb, məsələ ilə bağlı əlaqə saxlamır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.

Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.

AzVision.az









Teqlər:





Xəbər lenti