Nailə Mirzəzadə: “Qarabağlı gənclər bu tarixi seçkilərdə daha fəal olacaqlar”

   Nailə Mirzəzadə:    “Qarabağlı gənclər bu tarixi seçkilərdə daha fəal olacaqlar”
  25 Avqust 2024    Oxunub:572
“Azərbaycan gəncləri hər zaman seçki proseslərində aparıcı qüvvə olublar. Sentyabrın 1-də keçiriləcək seçkilərin əhəmiyyətini nəzərə alsaq, gənclərimizin bu dəfə də fəallıq nümayiş etdirəcəklərini deyə bilərəm. Çünki ilk dəfədir ki, Azərbaycan xalqı parlament seçkilərinə tam suveren ölkə kimi gedir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında təlimçi, PR mütəxəssisi Nailə Mirzəzadə deyib.

O, qeyd edib ki, Qarabağ mövzusu gənclərimiz üçün hər zaman həssas mövzu olub: “Ona görə də, Şuşada, Laçında və digər azad olunmuş ərazilərdə ilk dəfə aparılan seçki prosesində gənclər aktivlik göstərirlər. 13 ildir gənclər sektorunda aktiv fəaliyyət göstərirəm. Uzun illər çalışdığım Müasir Azərbaycan Gənci (MAG) verilişinə fəal, istedadlı gənclərimizi qonaq kimi dəvət etmişik. Onların əksəriyyəti hər zaman bu həssas mövzuya toxunublar. Yəni, gənclərimiz həmişə Qarabağ məsələsinə xüsusi sevgi ilə yanaşıblar. Azərbaycan gəncliyi bu günü çoxdan gözləyirdi. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, gənclərimiz ictimai- siyasi proseslərdə daim fəallıq göstəriblər. Əminəm ki, şuşalı, laçınlı, kəlbəcərli gənclər bu seçkilərdə daha fəal olacaqlar. Biz qalib xalqın nümayəndələri, gəncləriyik. Seçkilərə də qələbə əhvalında gedəcəyik”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti