Astarada dənizdə batan gəncin meyiti tapıldı

   Astarada dənizdə batan gəncin meyiti tapıldı
  25 Avqust 2024    Oxunub:511
Xəbər verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
AzVision.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində Astara rayonu, Kjəbə qəsəbə sakini 1996-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti