Tarixçi Nəsiman Yaqublu yol qəzasında öldü

  Tarixçi Nəsiman Yaqublu yol qəzasında öldü
  25 Avqust 2024    Oxunub:793
Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az - a bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

***
Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.


AzVision.az xəbər verir ki, bu barədə Müsavat partiyasının Məclis sədri Arif Hacılı məlumat yayıb.

Onun sözlərinə görə, N.Yaqublu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəddir. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.

AzVision.az


Teqlər:





Xəbər lenti