Ərdoğan İlham Əliyevə təşəkkür etdi

   Ərdoğan İlham Əliyevə təşəkkür etdi
  25 Avqust 2024    Oxunub:869
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycan prezidenti İlham Əliyevə meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə amfibiya təyyarəsi verdiyinə görə təşəkkür edib.
“Qardaşım İlham Əliyev bizə iki ən yaxşı yanğınsöndürmə amfibiya təyyarəsini göndərməklə yanğınsöndürmə işlərimizə güclü dəstək verdi”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib.

Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti