"Mənə 3-4 min manat ziyan vurub, uşağı da bu hala salıb" - Həkim səhlənkarlığından şikayət

   "Mənə 3-4 min manat ziyan vurub, uşağı da bu hala salıb" -    Həkim səhlənkarlığından şikayət
  25 Avqust 2024    Oxunub:618
Gəncədə yaşayan ailə qurd əleyhinə dərmanlardan sonra 5 yaşlı uşağın saçlarının töküldüyünü deyir.
Onlar sağalmaq üçün üz tutduqları klinikanın həkiminin müalicəni səhv apardığını bildirir və dəyən zərərə görə kompensasiya ödəməyi tələb edirlər.

"Uşağın saçı seyrəlirdi, altı qaşınırdı. Məlahət xanımın yanına apardıq. Dedi ki, qurdu var. 4 dəfə yanına getdik, uşaqda saç tökülməsi daha da artdı. Dırnağı da tökülməyə başladı. Hər dəfə yanına gedəndə, 700-800 manat vermişəm. Mənə 3-4 min manat ziyan vurub, uşağı da bu hala salıb", - azyaşlının nənəsi deyib.

Məsələ ilə bağlı klinikanın həkimi Məlahət Qəhrəmanova bildirib ki, həmin xəstə saç yox, qurdla bağlı müraciət edib və müalicəsi də normal aparılıb, ancaq ailə müalicəni sonacan davam etməyib. Pul tələbi ilə bağlı iddiaya gəlincə isə ailəyə bir dəfə pul qaytarılıb, ancaq sonrakı tələb 2 il sonra olduğu üçün təmin edilməyib.

Ətraflı Baku TV-nin süjetində:



AzVision.az


Teqlər:





Xəbər lenti