Amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir

Amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir
  26 Avqust 2024    Oxunub:503
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.



AzVision.az



Teqlər:





Xəbər lenti