Zərifə Əliyevanın yubiley tədbiri - FOTOLAR

Zərifə Əliyevanın yubiley tədbiri - FOTOLAR
  19 Aprel 2013    Oxunub:1642
“Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı təmin etmək məqsədilə Tədbirlər Planı hazırlanıb.
Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin kiçik konfrans zalında “Akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti ilə elmi və ictimai fəaliyyətə dair dəyirmi masa keçirilib. AzVision.az xəbər verir ki, dəyirmi masada Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyətindən bəhs edilib. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilib. C.Məmmədovun sözlərinə görə, neçə-neçə insanın gözlərinə nur gətirən Zərifə xanım öz sahəsi üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi.

“Qəlbən təmiz, ruhən nəcib olan bu insan, sözün həqiqi mənasında, peşəsinin vurğunu idi. Zərifə xanımın həyatını mənalandıran nə varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı bu nəcib qadının ruhundan şölələnib. Zərifə xanımın insanlara nur bəxş edən hər mənalı günü xoş əməl naminə sərf olunub”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri Aris Rüstəmov, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri kafedrasının müdiri, professor Paşa Qəlbinur, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, professor Rasim Hacıyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Nübar Həşimova və digər çıxış edən qonaqlar da akademik Zərifə Əliyevanın elmi və ictimai həyatda tutduğu yüksək mövqedən söz açıblar. Daha sonra sənədli film nümayiş olunub.

Xatırladaq ki, “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli, 2707 nömrəli Sərəncamının icrasını təmin etmək və birgə fəaliyyəti əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə Tədbirlər Planı hazırlanaraq təsdiq edilib.

Anar
Foto:Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti