DİN: "50 kiloqram narkotik dövriyyədən çıxarılıb"

   DİN:    "50 kiloqram narkotik dövriyyədən çıxarılıb"
  26 Avqust 2024    Oxunub:527
Avqustun 24-də və 25-də ümumi çəkisi 50,9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr: 40,9 kiloqrama yaxın marixuana, 10 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda deyilr.

AzVision.az


Teqlər: cinayət   narkotika  





Xəbər lenti