DSMF Britaniyada mükafata layiq görülüb

DSMF Britaniyada mükafata layiq görülüb
  26 Avqust 2024    Oxunub:700
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada yerləşən “International Finance” mötəbər beynəlxalq qurumunun “International Finance Awards” beynəlxalq müsabiqəsində də uğur qazanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, fondun təqdim etdiyi iş müsabiqənin üç mərhələsinin hər biri üzrə münsiflər tərəfindən maksimum balla qiymətləndirilib və DSMF müsabiqədə “Ən Yaxşı Pensiya Fondu” ali mükafatına layiq görülüb.

Müsabiqəyə Azərbaycandan qoşulan qurumlar arasından eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də müvafiq kateqoriya üzrə mükafatla təltif edilib.

“International Finance Awards” müsabiqəsi beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialı və davamlı innovasiyalarını təşviq etmək məqsədilə keçirilir.

Müsabiqədə ölkəmizlə yanaşı, Avstraliya, Avstriya, İspaniya, Portuqaliya, Malayziya, Misir, İtaliya, Birləşmiş Krallıq, Fransa, Çin, İndoneziya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qurumlar iştirak ediblər.

Bu, 2024-cü ilin 8 ayı ərzində DSMF-nin layiq görüldüyü 21-ci, son üç il və cari ilin ötən dövrü ərzində isə 44-cü beynəlxalq mükafatdır.

AzVision.az



Teqlər:





Xəbər lenti