Bununla bağlı iqtisadiyyat naziri "X" sosial şəbəkəsində paylaşım edib. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə İqtisadiyyat Nazirliyinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik. Humanizm və nəciblik kimi ali mənəvi keyfiyyətləri, əzmkar və çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır”, - deyə nazir qeyd edib.
M. Cabbarov bildirib ki, Mehriban xanımın Azərbaycanın sosial-iqtisadi tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü işlər, vətənpərvərliyi və xeyirxahlığı hər birimiz üçün örnəkdir.
AzVision.az