Artilleriya bölmələri döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Artilleriya bölmələri döyüş atışlı taktiki təlim keçirilib -  VİDEO
  26 Avqust 2024    Oxunub:499
2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.



AzVision.az


Teqlər:





Xəbər lenti