Dərman və siqaretləri gömrükdən gizlətmək istədi

Dərman və siqaretləri gömrükdən gizlətmək istədi
  26 Avqust 2024    Oxunub:522
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitələri və siqaretlərin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, DGK-nın baş idarəsinin əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İstanbul–Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl və baqaj yüklərinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin şəxsə məxsus baqaj çantasından gömrük orqanlarına bəyan edilməyən 5 adda 780 ədəd dərman vasitəsi, 1200 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti