Şeyx: Ermənistan kilsəsi münasibətləri qızışdırmaqda maraqlıdır

      Şeyx:    Ermənistan kilsəsi münasibətləri qızışdırmaqda maraqlıdır
  26 Avqust 2024    Oxunub:482
Azərbaycan-Rusiya əlaqələri çox möhkəmdir və tarixi köklərə əsaslanır. Ölkələrimizi həm də siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq əlaqələri sıx bağlayır.
Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Azərbaycan ilə Rusiya arasında isti münasibətlərdən danışan şeyxülislam Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda ölkəmizə səfərini əlaqələrimizin yeni və yüksək mərhələyə keçməsində rolunu qeyd edib.

“Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Biz bir ailəyik. Bu ailənin hər bir üzvü özünü doğma evində hiss edir. Çünki Azərbaycan tolerant ölkədir və müxtəlif dinlərdən olan xalqlara, insanlara eyni səviyyədə hörmət göstərilir, onların hüquqları qorunur”, - deyə A.Paşazadə vurğulayıb.

Azərbaycan-Ermənistan münasibətlərinə də toxunan QMİ sədri dini rəhbərlərin də üzərinə məsuliyyət düşdüyünü, onlara münaqişə və müharibələrin alovlandırılmasında deyil, söndürülməsində maraqlı olmalarını tövsiyə edib. Bildirib ki, Ermənistan kilsəsi münasibətləri normallaşdırmaqda deyil, qızışdırmaqda maraqlıdır və bu da təəssüf doğurur.


AzVision.az


Teqlər:





Xəbər lenti