Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi Bakıda

Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi Bakıda
  26 Avqust 2024    Oxunub:839
Azərbaycan Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Roel Dona və İcraçı direktoru Yanne Holst Hübner Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kamran Əliyev qonaqları prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumatlandırıb.

Görüş zamanı 2024-cü ilin sentyabr ayında Azərbaycanın ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.

Kamran Əliyev, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə məlumat verərək, BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti