ANAMA işçi axtarır

ANAMA işçi axtarır
  26 Avqust 2024    Oxunub:476
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən struktur bölmələrində “xüsusi texnika üzrə rəhbər”, “xüsusi texnika üzrə qrup rəhbəri” və “təmir işləri üzrə baş mütəxəssis” vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.
ANAMA-dan AzVision.az -a bildirilib ki, namizədlərin müvafiq sahədə ali və ya orta-ixtisas təhsili və 2 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (diplom, sertifikat, vəsiqə, arayış və s.);

∙ əmək kitabçasının surəti.

Sənəd qəbulu sentyabrın 15-dək aparılacaq.

Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti